2020-ci il sentyabr ayından etibarən «Coffeeco» qəhvə sevənlər üçün xidmət göstərir. Dadlar və qoxular əsla unudulmur prinsipi ilə «Coffecco»nun həm dadlı, həm də ləziz qoxulu qəhvələri sizlərə unudulmaz hisslər yaşadacaq. Müasir üsulda dizayn olunan «Coffeeco» sizlərin ilham mənbəyinə çevrilə bilər. Burada siz günün necə keçdiyini hiss etməyəcəksiniz. Kitab stendimizdə olan müxtəlif növ əsərlərdən oxuya bilər və şahmat oynaya bilərsiniz. Eyni zamanda məkanımıza gələrək iş masası kimi masalarımızdan yararlana bilərsiniz. Girişdə çay stendimiz var və stenddə 35 növ çay növü var. Bu çayların hər biri müxtəlif növ bitkilərdəndir və sağlamlıq üçün faydalıdır. Sifariş edə bilərsiniz və qramla satışı da mümükündür. Vitrinimizdə hər damaq zövqünə uyğun desertlərimiz mövcuddur. Hər gün desertlərimiz yenilənir və dadanlar sadəcə məmnunluq hissi ilə məkanımızdan ayrılırlar. İşinin peşəkarı baristalarımız hazırladıqları soyuq və isti içkilərimizə ilk öncə öz sevgilərini daha sonra isə məharətli bacarıqlarını ortaya qoyurlar. «Coffeeco» sadəcə qəhvə sevərlərin deyil, enyi zamanda rahatlıq tapmaq istəyənlərin məkanıdır. Yolunuzu gözləyirik.